ABŞ-ın Arizona ştatında yaşayan 92 yaşlı Anna Mey Blessinq onu qocalar evinə yollamaq istəyən 72 yaşlı oğlunu güllələyərək öldürüb.

Qadın oğlu və oğlunun arvadı ilə biorlikdə yaşadığı evdə saxlanılıb.

Unikal.org xarici mətbuata istinadən xəbər verir ki, polisdən verilən məlumata görə, oğlu Annaya "səninlə birlikdə yaşamaq artıq ağırdır, səni qocalar evinə vermək istəyirik" deyib. Bundan sonra 92 yaşlı qadın cinayəti planlaşdırmağa başlayıb.

O, xələtinin ciblərinə 1970-ci ilə aid iki tapança qoyandan sonra oğlunun arvadı ilə qaldığı otağa girib.

72 yaşlı Tomas Blessinq boynundan və çənəsindən güllə yaraları alandan sonra yerindəcə keçinib. Anna Mey Blessinq oğlunun 57 yaşlı arvadını da güllələmək istəyib. Amma qaynana və gəlin dava etməyə başlayıb. Dava zamanı silahını əlindən salan qadın digər cibindəki silahla gəlnini vurmaq istəyib, buna nail ola bilməyib.

57 yaşlı qadın fürsətdən istifadə edərək evdən qaçıb və polisə xəbər verib.

Bildirilir ki, yaşlı qadın polis bölməsinə aparılarkən oğlunun meyidi üzərində "Sən mənim canımı aldın, mən də səninkini" deyə qışqırmağa başlayıb.
 

Anna Mey Blessinqin məhkəmə zalına əlil arabasında gətirilib. O məhkəmədə gəlinini öldürdükdən sonra özünü də öldürmək fikirində olduğunu deyib.

Bundan əlavə qadının adam oğurluğundan da mühakimə olunacağı bildirilır.

Məhkəmənin qərarına görə, 92 yaşlı Blessinqin ömrünün qalan hissəsini azadlıqda keçirməsi üçün yaxınları tərəfindən 500 min dollar ödənilməldir.