Kanadanın şərqində yerləşən Kvebek əyalətində qeydə alınan anomal istilər səbəbindən azı 33 nəfər dünyasını dəyişib.

Unikal.org  TASS-a istinadən xəbər verir ki, bunu cümə axşamı regionun səhiyyə naziri Lüsi Şarlebua deyib.

Onun məlumatına görə, 33 ölüm halından 18-i əyalətin iri şəhəri olan Monrealda qeydə alınıb.