Bu gün Şabran rayonunun Dəvəçi kəndində ümumi sahəsi 300 m² olan anbarın dam örtüyünün yanar konstruksiyaları 170 m² sahədə və yaxınlıqdakı əraziyə yığılmış 3 ton ot bağlaması yanıb.

Unikal.org Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, anbarın qalan hissəsi və yaxınlıqdakı tikililər yanğından mühafizə olunub.

Yanğın yanğın bölmələri tərəfindən söndürülüb.