Bu gün səhər saat 10 radələrində Şəkinin Böyük Dəhnə kənd sakini 1993-cü il təvəllüdlü Validə Nəsib qızı Yusifova zəhərlənmə əlamətləri ilə Şəki Mərkəzi Rayon Xəstəxanasına (MRX) daxil olub.

Unikal.org apa-ya istinadən xəbər verir ki, müayinə zamanı 25 yaşlı V. Yusifovanın hələki bilinməyən səbəbdən sirkə turşusu qəbul etdiyi məlum olub.

V. Yusifovaya xəstəxanada lazımi tibbi yardım göstərildikdən sonra müayinə və müalicəsini davam etdirmək üçün Respublika Toksikologiya Mərkəzinə göndərilib.

Faktla bağlı araşdırma aparılır.