Futbol üzrə İspaniya Super Kubokunun matçı avqustun 12-də keçiriləcək. 

Unikal.org  İspaniya Futbol Federasiyasının Mətbuat xidmətinə istinadən xəbər verir ki, həlledici görüşdə İspaniya La Liqasının qalibi "Barselona" və ölkə kubokunun finalçısı "Sevilya" komandaları üz-üzə gələcək. Final qarşılaşması Mərakeşdə baş tutacaq. 

Qeyd edək ki, "Sevilya" "Neftçi"nin Avropa Liqasının II təsnifat mərhələsindəki potensial rəqibidir. "Neftçi" I təsnifat mərhələsində Macarıstanın "Uypeşt" komandasını keçəcəyi təqdirdə, İspaniya təmsilçisi ilə qarşılaşacaq. 

Xatırladaq ki, İspaniya Super Kuboku 1982-ci ildən mütəmadi olaraq keçirilir. Super Kubok uğrunda əvvəllər iki oyun keçirilirdisə, bu il yalnız bir matçdan ibarət olacaq.