Bakı şəhərində "Təcili yardım maşını qəzaya düşüb.

Unikal.org report-a istinadən xəbər verir ki, Nərimanov rayonunda 8 saylı Təcili Tibbi Yardım Stansiyasına məxsus "Mercedes markalı "Təcili yardım maşını ilə "Daewoo markalı avtomobil toqquşub. Nəticədə "Təcili yardım maşınında olan həkim Fidan Rəcəbova və tibb bacısı Gülnarə Hüseynova, həmçinin "Daewoonun sərnişini, BƏƏ vətəndaşı, 1950-ci il təvəllüdlü Bosaid Salima xəsarət alaraq xəstəxanaya yerləşdırılıblər.

Faktla bağlı araşdırma aparılır.