Mingəçevir şəhərində xəsarətlə nəticələnən yol qəzası baş verib.

Unikal.org "Reporta istinadən  xəbər verir ki, "VAZ-21099 markalı avtomobil Sənaye Parkının yaxınlığında "Mitsubishi markalı maşınla toqquşub.

Nəticədə biri yüngül olmaqla iki nəfər xəsarət alıb. Xəsarəti ağır olan 1986-ci il təvəllüdlü Yevlax rayon Qaraoğlan kənd sakini Adıgözəlov Səxavət Əhliman oğlu xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.