SON XƏBƏRLƏR
20 Sentyabr 2018
19 Sentyabr 2018
Hövsanda qanunsuz balıq ovlayan şəxs saxlanıldı
HADİSƏ 20:23 / 11.07.2018
ETSN-nin Su Hövzələrində Bioloji Resursların artırılması və Mühafizəsi Departamentinin əməkdaşları tərəfindən  Xəzər dənizinin Hövsan qəsəbəsi ərazisində reyd keçirilib.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən Unikal.org-a verilən məlumata görə, reyd zamanı həmin ərazidə qanunsuz balıq ovlayan Bakı şəhəri, Əmircan Qəsəbəsi,Kazımov küçəsi ev 4 ünvanında qeydiyyatda olan 1977-ci il təvəllüdlü Novruzov Hikmət Nazim oğlu saxlanılıb.Ondan qanunsuz olaraq ovladığı 19 ədəd kifal balığı, ov zamanı istifadə etdiyi qanunvericiliklə qadağan edilmiş sintetik saplı tor götürülüb.Vətəndaş barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş, balıq ehtiyatlarına vurduğu zərərə barəsində görə 209 manat məbləğində iddia qaldırılıb.