Başqırdıstan respublikasının başçısı Rüstəm Hamitov yerli hökumətin vitse-premyeri Fərhad Səmədovu Kremldə səlahiyyətli nümayəndə təyin edib.

Unikal.org Virtualaz.org-a istinadən xəbər verir ki, Rüstəm Hamitovun sərəncamına əsasən azərbaycanlı Fərhad Səmədov Başqırdıstan respublikasının Rusiya Federasiyası prezidenti yanında səlahiyyətli nümayəndəsi təyin edilib.

Qeyd edək ki, F.Səmədov Gürcüstanda anadan olub, 59 yaşı var. Texnika elmləri namizədidir. 2000-ci illərin əvvəllərində Başqırdıstana köçüb. "Kaustik QSC, "Soda ASC, "Başneft və "Birləşmiş neft-kimya şirkəti ASC şirkətlərində top-menecer işləyib. 2017-ci ilin yanvarında Başqırdıstan hökumətində vitse-premyer təyin olunub.