Cəlilabadda "Qazel markalı avtomobil aşıb, 1 nəfər ölüb.

Unikal.org  report-a istinadən xəbər verir ki, hadisə bu gün axşam saatlarında rayonun Xanəgah kəndi ərazisində baş verib.

İlkin məlumata görə, həmin ərazidə taxılla dolu "Qazel markalı yük maşını hərəkətdə olarkən anidən idarəetməni itirib və yolun kənarına aşıb.

Nəticədə "Qazelin sürücüsü hadisə yerində dünyasını dəyişib. Hazırda ölənin şəxsiyyəti dəqiqləşdirilir.

Faktla bağlı araşdırma aparılır.