18 Oktyabr 2018
Fransa çempion oldu, milli karyerasını başa vurdu
İDMAN 14:35 / 16.07.2018
Futbol üzrə Fransa yığmasının bir futbolçusu milli karyerasını başa vurub.

Unikal.org xəbər verir ki, Adil Rami Rusiyada təşkil olunan dünya çempionatının finalında Xorvatiyaya 4:2 hesabıyla qalib gəlib, qızıl medallara sahib olduqları oyundan sonra millidən getdiyini açıqlayıb.

32 yaşlı futbolçu DÇ-2018-də heç bir oyunda meydana çıxmadı. Baxmayaraq ki, o, əvvəllər Fransa yığmasındaə 35 oyun keçirib, 1 qola imza atmışdı.

Qeyd edək ki, Rami 2017-ci ildən Marsel "Olimpik”ində forma geyinir.