Salyanda 1 nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.

Unikal.org report-a istinadən xəbər verir ki, hadisə rayonun Stansiya yaşayış massivinin ərazisində qeydə alınıb.

Belə ki, Masallı rayon sakini, 1979-cu il təvəllüdlü Bağışov Rabil Fətulla oğlu idarə etdiyi "Qazel markalı avtomobillə hərəkətdə olarkən idarəetməni itirib və yolun kənarına aşıb. Nəticədə müxtəlif dərəcəli bədən xəsarətləri alan sürücü Salyan Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.