İranın cənubunda yerləşən Bəndə Abbas şəhərində polisin keçirdiyi əməliyyat nəticəsində sosial şəbəkələrin 46 istifadəçisi tutulub.

Unikal.org xarici mətbuata istinadən xəbər verir ki, tutulanlardan 8-i qadındır.

Bildirlib ki, onlar İran qaydalarına uyğun olmayan fotolarını paylaşdıqları üçün saxlanılıblar.

Tutulanların çoxunun fotoqraf, gözəllik salonu və şadlıq evlərində işlədikləri məlum olub. Məsələ ilə bağlı polisdən bildirilib: "Onlar mütəşşəkkil şəkildə İslam Respublikası mədəniyyətinə zərər vermək niyyəti ilə bu aksiyanı keçiriblər.