Bu gün "Qarabağ" Çempionlar Liqasının I təsnifat mərhələsində cavab matçına çıxıb.

Unikal.org xəbər verir ki, ağdamlılar Sloveniyanın "Olimpiya" komandası ilə üz-üzə gəlib. "Qarabağ"ın üstünlüyü şəraitində keçən  qarşılaşmada  hesab açılmayıb.

Səfərdə 1:0 hesablı qələbə qazanan Azərbaycan çempionu doğma divarlar arasında mərhələni keçmək arzusunda idi və buna nail olub.