SON XƏBƏRLƏR
17 Avqust 2018
16 Avqust 2018
Binəqədidə “Opel” və “Hyundai”la TOQQUŞDU
HADİSƏ 08:30 / 21.07.2018
Bu gecə insan ölümü ilə nəticələnən yol qəzası olub.

FHN-dən Unikal.org-a verilən məlumata görə, hadisə paytaxtın Binəqədi rayonunda baş verib. Belə ki, Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Bakı şəhərinin Binəqədi rayonunda "Opel” və "Hyundai” markalı iki minik avtomobili toqquşmuşdur. Hadisə yerinə cəlb olunmuş Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri "Opel” markalı minik avtomobilində sıxılmış vəziyyətdə qalmış sürücünü deformasiyaya uğramış nəqliyyat vasitəsindən çıxarmış və aidiyyəti üzrə təhvil vermişlər. Əməliyyabaşa çatmışdır.