Şəmkir rayonunda avtomobillə vurulan piyada xəstəxanada ölüb.

Unikal.org APA-ya istinadən xəbər verir ki, iyulun 19-da Bakı-Qazax magistral yolunun Şəmkir rayonu ərazisindən keçən hissəsində "VAZ 2106 markalı avtomobilin vurduğu 1961-ci il təvəllüdlü Maliki Elxan bu gün xəstəxanada ölüb.

Ağır bədən xəsarətləri alan E. Malikiyə tibbi yardım göstərilsə də, onun həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.