18 Oktyabr 2018
Fatimə Xatunu məhkəməyə verdi: "Qızıma söyüb..."
MƏDƏNİYYƏT-ŞOU 11:37 / 22.07.2018

Rəqqasə Fatimə Fətəliyeva ilə müğənni Xatun Əliyeva arasında qalmaqal daha da böyüyüb.

Unikal.org  axsam.az-a istinadən xəbər verir ki, rəqqasə sənətçini məhkəməyə verib. Bu haqda Fatimə İnstaqramda canlı yayımda deyib. O bildirib ki, Xatun və şairə Nazilə Səfərli onun ünvanına dedikləri təhqirlərə məhkəmədə cavab verəcəklər:

"Qanun qarşısında cavabını verəcəksən, sözlərinin üstündə dayan. Mənə dediyin xəyanəti, nəslimdə kişi olmamasını, afirist sözünü sübut edəcəksən. Qızıma söyməyinin cavabını verəcəksən. Yadında qızıma dedin ki, beləsən... Hansı ana qızına söyməyə dözə bilər? Hamı bilir ki, necə qız böyütmüşəm. Onu avtobusa minməyə də qoymamışam. 24 yaşı olacaq. Hamı bilir ki, Aydan necə xanım-xatun qızdır. Özün də bunu bilirdin və deyirdin. Bu insan məni rüsvay etmək istəyirdi, amma alınmadı.

Mənə oğru adını qoyublar. Bir dəfə Amerikada olanda mağazadan mal aldım, pul verməyi unutmuşdum. Gəlib bu haqda ona danışmışdım. İndi mənim adımı oğru qoyub. Şairə ilə oturub məni müzakirəyə qoyublar. Məhkəmədən sonra hər şeyin düz tərəfini biləcəksiniz. Lazım olsa, onun yazdığı mesajları sosial şəbəkədə yayacam".

Fatimə Xatunla davasının səbəbini açıqlayıb:

"Mənim davam onunla xına məkanı açması üçün başlamayıb. Salonuma gəlib-gedib, qardaşı yanımda işlədi, dostlaşdıq. Ona qarşı fikrim, onu çox istəmişdim. Deyirdim, səmimidir. Məni bir xınaya dəvət etmişdi. Dedim ki, filan qiymətə gələrəm, amma heç kimə demə. Başladı ki, sən kimsən, səni salonda sürüyərəm. Ərin, qızın, işçilərin səndən utanır. Bütün dediyi sözlər telefonumda durur. Mənimlə davadan sonra daha da ürəkləndi".