SON XƏBƏRLƏR
20 Avqust 2018
19 Avqust 2018
“Azərbaycan Dəmir Yolları” Mətbuat gününü “Lokomotiv”də təşkil etdi (FOTOLAR)
CƏMİYYƏT 18:40 / 22.07.2018
Milli mətbuatın yaradılmasının 143 illiyi ilə əlaqədar "Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyəti jurnalistlərin Nabrandakı "Lokomotiv” İstirahət Mərkəzinə səfərini təşkil edib.

Unikal.org  xəbər verir ki, KİV nümayəndələri istirahət Mərkəzində yaradılan şəraitlə tanış olublar.

Media işçilərini istirahət mərkəzində qarışlayan Azərbaycan Dəmiryolçularının Müstəqil Həmkarlar İttifaqı Respublika Komitəsinin sədri Fəzail Bağırov öncə jurnaslitləri peşə bayramı münasibəti ilə təbrik edib. Daha sonra "Lokomotiv" İstirahət Mərkəzi haqqında geniş məlumat verib.

Bildirib ki, "Lokomotiv” İstirahət Mərkəzində ildə 1200 nəfərə yaxın dəmiryolçu və onların ailə üzvləri dincəlir. Bundan əlavə, AHİK-in xətti ilə hər il dəmiryolçuların istirahət və müalicəsi üçün 350 yollayış vərəqəsi verilir.

Sonra keçirilən bayram tədbirində "Azərbaycan Dəmir Yolları” QSC-nin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Sevinc Qədirova çıxış edərək bildirib ki, 22 iyul - milli mətbuat günü ölkədə geniş qeyd olunur. Əsası böyük maarifçi, Milli Mətbuatımızın banisi Həsən bəy Zərdabi tərəfindən qoyulan Azərbaycan mətbuatı bu gün böyük inkişaf yolundadır

"Ümummilli liderimiz Heydər Əliyev tərəfindən ölkəmizdə söz azadlığına verilən böyük imkanlardan mətbuat işçiləri üçün dolğun şərait yaradılıb. Son illər dəmir yolunda irihəcmli layihələr icra olunmaqdadır".

S.Qədirova "Bakı-Tbili-Qars”, "Şərq-Qərb”, "Şimal-Cənub”, "Cənub-Qərb” layihələri, dəmir yolunda aparılan islahatlar haqqında jurnalistlərə məlumat verib:

"Bütün bu işləri həyata keçirən dəmiryolçuların, sosial problemlərinin həlli, istirahətlərinin təşkili də daim diqqət mərkəzindədir. Nabrandakı "Lokomotiv” İstirahət Mərkəzi 2008-ci ildən dəmiryolçuların istifadəsinə verilib. Kütləvi informasiya vasitələri, bütün sahələrdə olduğu kimi, dəmir yolunda da həyata keçirilən iqtisadi islahatların, əldə olunan uğurların ölkə ictimaiyyətinə çatdırılmasında böyük rol oynayırlar".

Sonda bir qrup jurnalistə hədiyyələr təqdim olunub.