"Dəniz kuboku-” 2018 beynəlxalq müsabiqəsində iştirak edəcək Azərbaycan, Rusiya, İran və Qazaxıstan hərbi gəmiləri Xəzər dənizindəki döyüş hazırlığı poliqonunda məşqlərə başlayıb.

 Bu barədə Unikal.org Müdafiə Nazirliyinə istinadən məlumat verir.

Keçiriləcək yarışlarda dənizçilər "Artilleriya atəşlərinin yerinə yetirilməsi, "Gəminin dayanıqlığı uğrunda mübarizə və xilasetmə hazırlığı və "Dəniz hazırlığı üzrə müsabiqənin müxtəlif mərhələlərində güclərini sınayaraq ən yaxşı heyətləri müəyyən edəcəklər.