Astarada quldurluq etməkdə şübhəli bilinən şəxs tutulub.

Unikal.org xəbər verir ki, iyulun 27-də Astara rayonunun Şahağacı kəndində yaşayan Bəhriyyə Mirzəyevanın evinə girmiş maskalı şəxs onu bıçaqla hədələyib. 

Bundan sonra oğru evdən 2000 manat və 5000 Rus rublu aparıb.

Astara RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətmiş şübhəli bilinən həmkəndlisi Rövşən Abdullayev saxlanılıb.