Bakının Sabunçu rayonunda quldurluq hadisəsi baş verib.

Unikal.org teleqraf.com-a istinadən xəbər verir ki, rayonun Bakıxanov qəsəbəsi ərazisində naməlum şəxs Gədəbəy rayon sakini Tural Hüseynovu bıçaqla hədələyib, onun 10 manat pulunu alıb.

13-cü polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Köşəbəyi Muradov saxlanılıb.