Tovuz rayonunda çobanlıq edən şəxs döyülərək xəstəxanalıq olub.

Unikal.org "Report"a istinadən xəbər verir ki, hadisə Göyəbaxan kəndində baş verib. 

Belə ki, həmin kənd ərazisində çobanlıqla məşğul olan, 1962-ci il təvəllüdlü Şahvələd Hüseyn oğlu Hüseynov hələ ki, bilinməyən səbəbdən döyülərək müxtəlif bədən xəsarətləri alıb. Xəstəxanaya yerləşdirilən yaralının vəziyyəti orta ağırdır.

Onun kim tərəfindən və hansı səbəbdən döyülməsi ilə bağlı araşdırma aparılır.