Rusiyanın Çelyabinsk bölgəsinin Aşinskiy rayonunda mikroavtobus M-5 "Ural" magistralında yük maşını ilə toqquşub.

Unikal.org xəbər verir ki, bu barədə Rusiya Federasiyası Daxili İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
Bildirilir ki, qəza nəticəsində iki nəfər həyatını itirib, beş nəfər isə xəsarət alıb.
Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub, faktla bağlı araşdırmalar gedir.