Prezident Rəcəb Tayyib Ərdoğan Çamlıca Məscidini ziyarət edib.

Unikal.org Türkiyə mətbuatına istinadən xəbər verir ki, ziyarət əsnasında prezidentin xüsusi mühafizəsi təşkil edilib.Ərdoğanın mühafizəçilərinin çiynindəki havadan müdafiə raketləri hər kəsin təəccübünə və marağına səbəb olub.

Prezidenti ziyarəti əsnasında səhiyyə naziri Fəxrəddin Qoca, ətraf mühit və şəhərsalma naziri Murad Qurum, mədəniyyət və turizm naziri Mehmed Nuri Ərsoy müşayiət edib.