Çinin Quyçjou əyalətindəki kömür mədənlərindən birində qaz sızmasından baş verən partlayış nəticəsində 4 nəfər ölüb, daha 9 mədən işçisi itkin düşüb.

Unikal.org  RİA "Novosti"yə istinadən xəbər verir ki, bu barədə çərşənbə axşamı yerli hökumət məlumat yayıb.

Hadisə bazar ertəsi Pançjou şəhərində yerləşən "Szımutszya" mədənində naməlum səbəbdən qaz və kömür tullantılarının partlaması nəticəsində qeydə alınıb.

Hazırda axtarış-xilasetmə işləri davam etdirilir, araşdırmalara başlanılıb.