Xəbər verdiyimiz kimi, Biləsuvar Rayon Mərkəzi Xəstəxanasında yanğın baş verib. Hadisə nəticəsində 36 kvadratmetr olan otaq və avadanlıq yanıb. Hadisə zamanı xəstəxana əməkdaşları və xəstələr təhlükəsiz təxliyyə ediliblər.

Xəstəxananın baş həkimi Nizami Mehdizadə Unikal.org-a açıqlamasında bildirib ki, hadisə kondisionerdə yaranan qısaqapanma nəticəsində baş verib: 

"Yanğın baş verməyib, sadəcə tüstülənmə olub. Bizdə hər ehtimala qarşı təcili FHN-nə müraciət etdik. FHN əməkdaşları qısa zaman kəsiyində baş verən hadisənin qarşısını aldılar. Hadisə nəticəsində xəstəxanaya heç bir ciddi ziyan dəyməyib.