İranın paytaxtı Tehranda yerləşən "Enqelab" İdman Kompleksində partlayış olub.

Unikal.org İran saytına istinadən xəbər verir ki, hadisə nəticəsində qazanxanada olan 3 işçi ölüb.

İnsident İran Milli Olimpiya Akademiyasının binasında baş verib.

Hadisənin başvermə səbəbləri araşdırılır.