Bakının Yasamal rayonu ərazisində yanğın olub.

Unikal.org-un hadisə yerində olan əməkdaşının verdiyi məlumata görə, Yeni Yasamal, Əsəd Əhmədov 45 ünvanında yerləşən 16 mərtəbəli yaşayış binasında yanğın hadisəsi baş verib. Yanğın binanın 1-ci blokunun, 8-ci mərtəbəsində qeydə alınıb.

FHN-nın 3 yanğınsöndürmə briqadası hadisə yerinə cəlb olunub. Yanğın qısa zaman ərzində söndürülüb. Yanğına səbəb isə 8-ci mərtəbədəki ev sahibinin qazın üzərinə qoyduğu su qazanı unudaraq mənzili tərk etməsidir. Evə ciddi zərər dəyməyib, xoşbəxtlikdən hadisə zamanı xəsarət alan yoxdur.