SON XƏBƏRLƏR
15 Avqust 2018
16 Avqust 2018
Keşiş necə dünyanın ən gözəl modeli oldu? - FOTOLAR
REPORTAJ 16:02 / 10.08.2018
Dünyanın ən gözəl qadınlarından biri tailandlı Mimi Taonun maraqlı həyat hekayəsi yayımlanıb.

Unikal.org xarici mətbuata istinadən xəbər verir ki, dünyanın ən gözəl qadınlarından biri tailandlı Mimi Tao uşaq vaxtı keşiş məktəbinə gedib. 



Daha sonra xəyalını reallaşdırmaq üçün cinsiyətini dəyişərək Tailandın ən gözəl modeli seçilib. Hazırda 22 yaşı olan Mimi Tao oğlan olaraq dünyaya gəlib. 12 yaşında keşiş olmaq üçün, oğlanların oxuduğu budist məktəbinə gedib. Onun bu məktəbdə oxumasına səbəb, ailəsinin maddi durumunun ağır olması idi.



O, özünü oraya aid hiss etmədiyini və hayatı ilə bağlı böyük bir dəyişikliyə ehtiyacı olduğu üçün budist məktəbini tərk etmək qərarını verib.

Mimi oğlan olmasına baxmayaraq uşaqlıqdan bəri özünü qız kimi hiss edib. O, təpkilərdən qorxduğu üçün, nə topluma, nə də ailəsinə deyə bilib və bunu heç hiss etdirməyib də. Özünü qız kimi tam hiss etməyə başladıqdan sonra, düşündüyü kimi ağır təzyiqlərə məruz qalıb.



Amma, Mimi qarşısına çıxan bütün çətinliklərə baxmayaraq, Sinqapurda model kimi özünü sınamaya başlayıb. Xəyalındakı dünyaya qovuşmasında model Yui Yuhetkanha ona yaxından dəstək olur. Yui Yuhetkanha Mimiyə 3 ay ərzində modellik dərsləri verməyə başlayır. Bir müddət keçdikdən sonra, Mimi cinsi orqanını dəyişdirərək qadın olur və model dünyasına girməyi bacarır.



Yaşadığı bütün çətinliklərə baxmayaraq, Mimi hazırda ölkəsində xəyal etdiyi və istədiyi kimi qadın olaraq qəbul edilir. Tailanda geri dönəndən sonra kariyerasının ən üst nöqtəsinə qovuşan Mimi özünü bu ölkənin ən xoşbəxt qadınları sırasında görür. Keşikdən modelliyə gələn və burada böyük uğura imza atan Mimi təbii ki, ailəsini də unutmayıb. O, ailəsinə məxsus bütün borcları bağlayıb və onlara Tailandın ən bahalı ərazisindən mənzil də alıb.