19 Oktyabr 2018
18 Oktyabr 2018
Prezident səfərbərlik haqqında qanuna DƏYİŞİKLİK ETDİ - FƏRMAN
SİYASƏT 18:04 / 10.08.2018
Prezident İlham Əliyev "Azərbaycan Respublikasında səfərbərlik hazırlığı və səfərbərlik haqqında” Azərbaycan Respublikası Qanununun icrasının təmin edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 13 dekabr tarixli 328 nömrəli Fərmanında dəyişikliklər edilməsi haqqında fərman imzalayıb.

Unikal.org xəbərinə dörə, Fərmanda qeyd edilir ki, "Azərbaycan Respublikasında səfərbərlik hazırlığı və səfərbərlik haqqında” Azərbaycan Respublikası Qanununun icrasının təmin edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 13 dekabr tarixli 328 nömrəli Fərmanında aşağıdakı məzmunda 1.9-cu bənd əlavə edilsin:

"1.9. həmin Qanunun 17.4-cü maddəsində (hər iki halda) nəzərdə tutulmuş "müvafiq icra hakimiyyəti orqanı”nın səlahiyyətlərini Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti, Azərbaycan Respublikasının Xarici Kəşfiyyat Xidməti və Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti həyata keçirirlər.”

Qanunun 17.4-cü maddəsində deyilir: "Müvafiq icra hakimiyyəti orqanının hərbi uçotunda olan hərbi vəzifəlilərin səfərbərlik üzrə hərbi xidmətə çağırışını həmin müvafiq icra hakimiyyəti orqanı həyata keçirir".