Suriyanın şimal-qərbində yerləşən İdlib əyalətinin Samard kəndində silahla anbarda partlayış baş verib.

Unikal.org xəbər verir ki, bu haqda "RİA-Novosti agentliyinə Suriya müxalifətindəki mənbə bildirib.

Hadisə nəticəsində ən azı 36 nəfər həlak olub, 40-dan çoxu yaralanıb. Agentliyin həmsöhbətinin sözlərinə görə, anbar yaşayış binasının alt mərtəbəsində yerləşirdi və partlayış binanın tam dağılmasına gətirib çıxarıb.

Mənbə qeyd etdi ki, anbar Abu Yazin al-Xoms adlı tacirə məxsus idi. O əlavə edib ki, partlayışın səbəbi hələ müəyyən edilməyib.