Bərdə rayonunda sevdiyi oğlan təfərindən qaçırılan 17 yaşlı qız tapılıb.

Unikal.org report-a istinadən xəbər verir ki, Z.Museyavanın valideynlərinin Bərdə Rayon Polis Şöbəsinə (RPŞ) şikayət ərizəsi ilə müraciətindən sonra əməliyyat-axtarış tədbirlərinə başlanılıb.

Keçirilən əməliyyat tədbirlərindən sonra qaçırılan 17 yaşlı qızın yeri müəyyən edilib.

Məlum olub ki, qızı sevdiyi oğlan, 17 yaşlı Xəyyam Məmmədov evlənmək məqsədi ilə qaçırıb. Gənc qız ailəsinə təhvil verilib.

X.Məmmədov isə saxlanılaraq Bərdə RPŞ-ə gətirilib.

Faktla bağlı araşdırma aparılır.