İsveçin ikinci böyük şəhəri olan Göteborqda bəzi qara geyimli insanlar küçədəki avtomobilləri yandırıblar.

Unikal.org xarici mətbuata istinadən xəbər verir ki, avtomobilləri yandıranların hansısa şəbəkənin üzvləri olduğu düşünülür. Göteborq şəhərinin 4 bələdiyyəsinin bildirdiyinə 80 avtomobil yandırdırılıb. Həmin şəbəkə üzvləri saat 22:00 radələrində avtomobilləri yandırmağa başlayıblar. Hadisənin şahidləri hadisə ilə bağlı bunları deyib:

"3-4 nəfər qara geyimli adam gördüm. Onlardan biri odlu molotof kokteylini avtomobillərə doğru atdı. Sonra böyük bir partlama meydana gəldi".

Daha sonra onlar hadisə yerindən qaçdılar. Göteborqda Xüsusi Riskli Xilasetmə Xidməti, siqnalizasiya və idarəetmə operatoru Dan Lindqvistin sözlərinə görə hadisə şəhərin 5 müxtəlif ərazidə törədilib:

"Avtomobillər 5 müxtəlif ərazidə yandırılıb. Minik avtomobilləri, bir karvan, kiçik bir yük maşını tamamilə yararsız hala gətirilib. Yanğın bəzi ərazilərdə söndürülüb. Yaralananların olub-olmadığı haqqında hələlik məlumat yoxdur".