20 Noyabr 2018
Azərbaycanlı yoxdur - XİN-dən İtaliya AÇIQLAMASI
DÜNYA 18:57 / 14.08.2018

İtaliyanın Genuya şəhərində körpünün dağılması nəticəsində zərərçəkənlər arasında azərbaycanlı yoxdur.

Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev Unikal.org-a bildirib ki, həlak olan və ya yaralananlar arasında Azərbaycan Respublikası vətəndaşının olması qeydə alınmayıb.

Onun sözlərinə görə, məsələ ilə əlaqədar Azərbaycanın İtaliyadakı səfirliyi ilə mütəmadi əlaqə yaradılır:

"Faciə nəticəsində həlak olanların ailələrinə, yaxınlarına və dost İtaliya xalqına və hökumətinə başsağlığı verir, xəsarət alanların tezliklə şəfa tapmasını diləyirik".

Qeyd edək ki, Genuyada körpünün bir hissəsinin dağılması nəticəsində 22 nəfər həlak olub, 13 nəfər yaralanıb.