SON XƏBƏRLƏR
24 Sentyabr 2018
23 Sentyabr 2018
12-ci mərtəbəyə çıxaraq intihar etmək istədi - FHN hadisə yerinə gəldi
HADİSƏ 08:25 / 15.08.2018
Bakı şəhərinin Nəsimi rayonunda intihara cəhd hadisəsi baş verib.

Unikal.org xəbər verir ki, bu barədə məlumat FHN-in Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olub.

Nəsimi rayonunda 1 nəfər kişi tikilməkdə olan çoxmərtəbəli binanın 12-ci mərtəbəsinə çıxaraq intihar etmək istəyini nümayiş etdirib. 

Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri dərhal hadisə yerinə cəlb olunub. Xilasedicilər tərəfindən hadisə yerində müvafiq təhlükəsizlik tədbirləri görülüb. 

Vətəndaşla aparılan psixoloji söhbətlər nəticəsində o, özünə qəsd etmək fikrindən daşınıb.