SON XƏBƏRLƏR
24 Sentyabr 2018
23 Sentyabr 2018
Sosial şəbəkələrdə xanımları aldadan dələduz - FOTO
CƏMİYYƏT 22:38 / 15.08.2018

Bir həftə qabaq facebook sosial şəbəkəsində belə bir informasiya yayılmışdı: Bakı sakini Fariz Babayev (əsl adı Faiz Bastrakov) guya işə götürən şəxs adından elan verərək, qızlara sərfəli iş və yaxşı maaş təklif edir. Nəzərə alanda ki, ölkənin əmək bazarında müəyyən problemlər və çətinliklər var, aydındır ki, belə vakansiyaya sahiblənmək istəyənlər çox olacaqdı.

Ancaq məlum olub ki, elandakı bütün bu yönəltmələr adi bir tələ yemi imiş: sən demə, F.Basrtakov, sadəcə, qızları və qadınları iş haqda "söhbət” adı ilə aldadıb tora salır və onları nikahsız birgə yaşayışa sövq etməyə çalışırmış – bəzilərini facebookda, bəzilərini – telefonda, bəzilərini isə - realda.

Belə bir alçaq hərəkətdən hiddətlənən qızlar artıq kütləvi şəkildə status paylaşaraq, xəbərdarlıq ediblər: Fariz Babayev dələduz və əclafdır, onun elanlarına uymayın! Facebookdakı müxtəlif qruplarda kütləvi statuslardan sonra F.Bastrakovun dələduzluğu haqda KİV-lər də yazıb.

Unikal.org xəbər verir ki, musavat.com-un əməkdaşının apardığı araşdırma zamanı məlum olub ki, F.Bastrakov hələ də iş başındadır. Yəni yenə öz elanlarını facebookda dərc edir, müxtəlif qruplarda yerləşdirir və ən qəribəsi -öz fotosunu və telefon nömrəsini də gizlətmir.

Bir neçə gün öncə - məhz F.Bastrakov haqda KİV-lərdə silsilə məqalələr çıxanda mən onunla yazışdım. Əvvəlcə özünü ehtiyatlı apardı, o dəqiqə mənə cavab vermədi. Sonra cəsarətləndi və daha konkret yazmağa başladı.

Dialoq təxminən belə oldu: ona yazdım ki, ixtisarlar üzündən mənim işsiz qalan bir neçə rəfiqəm var. Bunu da bildirdim ki, həmin qızların sosial şəbəkələrə çıxışı yoxdur və o üzdən məndən xahiş ediblər ki, öyrənim görüm nə, necədir, həmçinin telefon nömrəsini xahiş ediblər.

O, mənə cavab verdi ki, onun sosial şəbəkədəki bütün qruplarını izləmək lazımdır. Maaş – günə 175 manatdır. Ancaq bundan ötrü onun yanına – ofisə gəlmək lazımdır və şəxsi görüş zamanı detalları müzakirə edəcək. Mən də öz növbəmdə bildirdim ki, belə şərtlər məni də qane edir. O zaman cavab verdi ki, həmin görüşə görə 200 manat verəcək. Fəqət, onun nəyi nəzərdə tutduğunu (hərçənd onsuz da hər şey aydın idi) öyrənmək üçün göstərdiyim bütün səylərdən o, yalnız müəmmalı şəkildə yayıldı və bildirdi ki, "əgər sən sözəbaxan olsan, bir həftə sonra daha 200 manat verəcəyəm. Sonra – yenə”.

Mən ondan birbaşa soruşdun: siz bu 200 manatı intimə görə təklif edirsiniz?

F.Babayev inkar eləmədi. Bundan əlavə, sırtıqcasına bəyan elədi ki, bilir ki, ona zəng edən KİV əməkdaşıdır. "Mənim haqda növbəti məqalə yazacaqsınız? Mənim üçün fərqi yoxdur. Nə istəyirsiniz, yazın. Qanun mənim tərəfimdədir. Mənim özüm hərbçiyəm, mənə onsuz da heç kim heç nə etməyəcək – nə jurnalistlər, nə də polis” bildirdi.

Bununla da söhbət bitdi. F.Bastrakov aydın şəkildə anlatdı ki, belə işlərə görə Cinayət Məcəlləsində maddə yoxdur və ona görə də rahatdır.

Bizim söhbətimizdən sonra F.Bastrakovun fotosu bir daha facebookda dərc olundu, onu yenidən paylaşmağa başladılar. Ən maraqlısı odur ki, "günün qəhrəmanı” da polemikada fəal iştirak edir, şərhlərində açıq şəkildə iştirakçıları hədələyir, onlara küçə söyüşləri yağdırırdı. Bundan əlavə, bizim söhbətdən sonra o, növbəti qrupda qadın əməkdaşların axtarışı barədə özünün şirnikləndirici statusunu dərc eləmişdi.

Əslində olduqca xoşagəlməz situasiyadır: adam açıq formada qanun pozuntusu ilə məşğuldur – hansı hərəkətə görə ki, istənilən sivil ölkədə onu sərt şəkildə cəzalandırardılar. Azərbaycanda isə onun hərəkəti yalnız xuliqanlıq və ya xırda dələduzluq kimi tövsif edilə bilər.

Əlbəttə ki, polemikanın gedişində F.Bastrakovun müdafiəçiləri də peyda oldular. Onlar birbaşa bildirdilər ki, günahkar heç də bu dələduz – "işə düzəldən” yox, tələ yeminə aldanmaq istəyən qızların özüdür. Müzakirə iştirakçılarının əksəriyyəti isə bu "iztirab çəkən” vətəndaşın ədalətli şəkildə cəzalandırılmasını tələb edirdilər – hansı ki, ən utanmaz şəkildə cəmiyyətin mənəviyyatını pozur və iş axtaran qadınlarla aldatma yolu ilə intim əlaqələrə nail olmağa çalışır. Və bu zaman o, cəzasızlığındanyararlanır və buna da apelyasiya edir.

Öz kanallarımızla bizə bunu da öyrənmək müyəssər oldu ki, özünü zabit kimi təqdim edən F.Bastrakovun orduya heç vaxt heç bir dəxli olmayıb. Əvvəllər o, "CaspianFishCo”da sistem inzibatçısı işləyib. 2011-ci ildə nikaha girib (sosial şəbəkədə onun toy şəkilləri yayılıb). Aydındır ki, arvadı onun yanından qaçıb gedib. Axı evli kişi öz yuvasında intim üçün qadınları öz toruna salası olmayacaq.

Sonda biz hüquq-mühafizə orqanlarına xahişlə müraciət edirik ki, Faiz Bastrakovun xuliqan hərəkətləri ilə bağlı ölçü götürsünlər. Nədən ki, bu hərəkətlər ictimai şüuru sərt Şərq ənənələri və ailə dəyərləri əsasında formalaşan cəmiyyət üçün qəbuledilməzdir. Yox, bu adam ruhi xəstədirsə, o zaman israrla xahiş edirik ki, yenə onun haqqında müvafiq ölçü götürülsün, çünki belə adamın psixiatrik müalicəxanadan kənar mövcudluğu ətrafdakılar üçün təhlükəlidir.