20 Noyabr 2018
Toylarda yemək verilməyəcək
CƏMİYYƏT 20:03 / 16.08.2018
Bundan sonra toylarda yemək verilməyəcək. Belə ki, toylarda israfçılığın qarşısını almaq üçün tədbirlərə başlanılıb.

Unikal.org bildirir ki, bu barədə sosial şəbəkə istifadəçiləri bildirib. Məlumatda qeyd olunur ki, sentyabrın 1-dən etibarən Azərbaycanın Naxçıvan bölgəsində toy şənliklərində qonaqlara ancaq çay və şirniyyat təklif ediləcək.

Bunun israfçılığın qarşısını almaq üçün edildiyi bildirilir.

Qeyd edək ki, mütəmadi olaraq sosial şəbəkə və mətbuatda Azərbaycanda toylarda israfçılığa yol verildiyi yazılıb və bu hal dəfələrlə tənqid olunub.

Bundan əvvəl Naxçıvanda yas mərasimlərində israfçılığın qarşısını almaq üçün tədbirlər görülüb. (cebheinfo)