Ötən gün Türkiyə Ordusu və ölkənin Milli Kəşfiyyat Təşkilatı (MİT) İraqın Sincar əyalətində "Kürdüstan Birlikləri Koalisiyasının (KBK) region üzrə cavabdehi, Mam Zeki Şenqali ləqəbi ilə tanınan və terrorçuların "qırmızı siyahısına daxil edilmiş İsmayıl Özdəni məhv edib.

Unikal.org xəbər verir ki, yayılan videogörüntülərdə Özdənin olduğu avtomobil karvanının İraqın şimalında pilotsuz uçan aparat tərəfindən nəzarətdə saxlanıldığı görünür.

Terrorçu təqibdən qaçmaq üçün başqa avtomobilə minsə də, Türkiyə Ordusunun yaraqlını məhv etdiyi aydın görünür.

Məlumata görə, 66 yaşlı İsmayıl Özdən "PKK/KBK-nın İcraiyyə Komitəsinə daxil olub.

Keçirilmiş əməliyyat Türkiyənin Hakkari bölgəsində Yüksekova rayonunda PKK terrorçularının qətlə yetirdiyi 11 aylıq Bedirhan Mustafa Karakay və onun anası Nurcan Karakayın şərəfinə adlandırılıb.