Çeçenistanın Şali rayonunda iki naməlum şəxs polis bölməsinə soxulmağa cəhd edib. 

Unikal.org-un məlumatına görə, hadisə bu gün yerli vaxtla saat 10 radələrində baş verib. Naməlum şəxslər bıçaqla bölməyə gələrək iki polis əməkdaşına xəsarət yetiriblər. Onlar cavab atəşi ilə məhv edilib.