22 Oktyabr 2018
21 Oktyabr 2018
Sumqayıtda maşın nənə və nəvəsini vurdu - Onlardan biri öldü
HADİSƏ 12:28 / 20.09.2018
Sumqayıt şəhərində yük avtomobili qadın piyadanı vuraraq öldürüb.

Daxili İşlər Nazirliyindən Unikal.org-a verilən məlumata görə, hadisə sentyabrın 19-da saat 11 radələrində şəhərin 43-cü məhəlləsinin ərazisində qeydə alınıb.

Belə ki, Simqayıt şəhər sakini Fariz Xəlilov idarə etdiyi "Ford” (yük) markalı avtomobillə yolu keçən həmyerliləri Ətifə Kəlbəliyevanı və nəvəsi – 6 yaşlı Röyal Kəlbəliyevi vurub. Nəticədə qadın hadisə yerində ölüb, azyaşlı isə xəstəxanaya yerləşdirilib.

Sumqayıt şəhər Polis idarəsi tərəfindən araşdırma aparılır.