Suraxanı rayonunun Qaraçuxur qəsəbəsi ərazisində yol-nəqliyyat hadisəsi baş verib.

DİN-dən Unikal.org-a verilən məlumata görə, sentyabrın 24-də saat 1 radələrində Suraxanı rayonunun Qaraçuxur qəsəbəsi ərazisində Bakı şəhər sakini Samir Abbasov idarə etdiyi "Opel markalı avtomobillə yolu keçən qəsəbə sakini Seymur Səfərovu vurub və nəticədə piyada hadisə yerində ölüb.

Suraxanı RPİ tərəfindən araşdırma aparılır.