Xarici işlər naziri Elmar Məmmədyarov Nyu-Yorkda BMT Baş Assambleyasının 73-cü sessiyası çərçivəsində Avropa və Avrasiya məsələləri üzrə ABŞ Dövlət Katibinin köməkçisi Ves Miçel ilə görüşüb.

Xarici İşlər Naziliyindən Unikal.org-a verilən məlumata görə, tərəflər ikitərəfli əməkdaşlıq gündəliyinin bir çox məsələləri üzrə fikir mübadiləsi aparıb.

Görüşdə, həmçinin qarşılıqlı maraq doğuran regional və beynəlxalq məsələlər müzakirə edilib.