1956-cı il təvəllüdlü Şəki şəhər sakini Ramis Azaqov sentyabrın 23-də səhər saatlarında rayonda "dağ dibi deyilən ərazidə yaşadığı evdən tələsik halda çıxıb və indiyədək geri qayıtmayıb.

DİN Mətbuat Xidmətinin Şəki regional qrupundan Unikal.org-a verilən məlumata görə, evdən çıxanda əynində boz rəngli şalvar və pencək, ayağında qara rəngli ayaqqabı olub. Boyu 170 sm, gözlərinin rəngi qəhvəyi , orta bədən quruluşludur.

Şəkildə gördüyünüz şəxsi tanıyanlardan və ya barəsində məlumatı olanlardan DİN-in "102 Zəng Mərkəzi xidmətinə, həmçinin Şəki Şəhər-Rayon Polis Şöbəsinə 024-244-4-25-50 şəhər, (055) 628-00-84 mobil nömrələrinə zəng vuraraq məlumat vermələri xahiş olunur.