13 Noyabr 2018
12 Noyabr 2018
Bakıda daha bir avtobus qəzası - ÖLƏN VAR
HADİSƏ 10:04 / 16.10.2018
Bakıda marşrut avtobusunun vurduğu piyada ölüb.

Unikal.org Trend-ə istinadən xəbər verir ki, hadisə Binəqədi rayonu ərazisində baş verib.

Bakı şəhər sakini Abışov Elman Dadaş oğlunun idarə etdiyi "Daewoo" markalı, 108 saylı xətt marşrutu üzrə hərəkətdə olan avtobus yolu keçən Çingiz Haqverdiyevi vurub.

Piyada ağır xəsarətlərlə xəstəxanaya yerləşdirilsə də, onun həyatını xilas etmək mümkün olmayıb. Ç.Haqverdiyev xəstəxanada dünyasını dəyişib.

Faktla bağlı Binəqədi rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 263.2-ci (Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma, ehtiyatsızlıqdan zərərçəkmiş səxsin ölümünə səbəb olduqda) maddəsilə cinayət işi başlanıb.