Baş nazirin müavini, YAP sədrinin müavini - İcra katibi Əli Əhmədovun rəhbərlik etdiyi Azərbaycan nümayəndə heyəti Çinin Pekin şəhərinə yola düşüb.

Bu barədə Unikal.org-a Nazirlər Kabinetinin Mətbuat xidmətindən məlumat verilib.

Səfərdə məqsəd Çin Xalq Respublikasının himayəsi ilə keçirilən Tayhu Dünya Mədəniyyət Forumunun 5-ci illik Konfransında iştirak etməkdir.