15 Noyabr 2018
Mikroavtobusla minik avtomobili toqquşdu: yaralılar var - FOTO
HADİSƏ 19:28 / 19.10.2018
Tovuz rayonunda yol qəzası baş verib.

Unikal.org-un report-a  istinadən məlumatına görə, hadisə rayonun Düz Cırdaxan kəndi ərazisində baş verib.

Belə ki, "Mercedes" markalı mikroavtobusla "VAZ-2107" markalı minik maşını toqquşub və daha sonra idarəetmədən çıxan hər iki avtomobil yol kənarındakı ağaca çırpılıb. Qəza nəticəsində xəsarət alanlar var. Yaralılar xəstəxanaya yerləşdirilib.

Hazırda onların kimlikləri və hadisənin dəqiq başvermə səbəbləri araşdırılır.