PSJ-nin qapıçısı Canluici Buffon "qızıl top mükafatı haqqında danışıb.

Unikal.org Fransa mətbuatına istinadən xəbər verir ki, 40 yaşlı qolkiper Paris təmsilçisinin gənc futbolçusu Kilian Mbappenin bu mükafatı qazanmağa layiq olduğunu deyib:

"Mbappe bir fenomendir. Səviyyəsinə, meydanda etdiklərinə və dünya çempionatındakı həlledici roluna baxsaq, onun "qızıl topa layiq olduğunu deyə bilərik. Mbappe ən yaxşı şəkildə çalışmağa davam etsə, həvəsini itirməsə, uzun müddət dünyanın ən yaxşısı ola bilər.

İtaliyalı qolkiper Mbappenin fərqi bir istedada malik olduğunu vurğulayıb:

"İtaliyada onu Françesko Totti və Del Pyero ilə müqayisə edirlər. Lakin Mbappe karyeramda gördüyüm nadir istedadlardan biridir.