15 Noyabr 2018
14 Noyabr 2018
Ərdoğan kraldan tələb etdi: Kaşıkçını öldürən 15+3 nəfər İstanbula gətirilsin
DÜNYA 14:15 / 23.10.2018
Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğan jurnalist Camal Kaşıkçının ölümü ilə bağlı saxlanılan şəxslərin İstanbula gətirilməsini tələb edib.

Unikal.org xəbər verir ki, Ərdoğan açıqlamasında bildirib ki, cinayət hadisəsi ilə bağlı Səudiyyə Ərəbistanı kralı Salman bin Əbdüləzizlə danışmışam.

"Cinayyət İstanbulda törədilib. İstanbulda yerləşən Səudiyyə Konsulluğunda bu baş verib. Hadisə İstanbulda baş verib. Təklif edirəm ki, saxlanılan 15 + 3 nəfər İstanbulda mühakimə olunsunlar".