Azərbaycan Respublikasının Prezidentiİlham ƏliyevKambocanın Kralı Əlahəzrət Norodom Sihamoniyə təbrik məktubu ünvanlayıb.
Unikal.org xəbər verir ki, məlumatına görə, təbrik mətnində deyilir:
"Kamboca Krallığının milli bayramı - Müstəqillik Günü münasibətilə Sizi və bütün xalqınızı öz adımdan və Azərbaycan xalqı adından təbrik edirəm.
Bu əlamətdar gündə Sizə ən xoş arzularımı yetirir, dost Kamboca xalqına sülh və tərəqqi diləyirəm".