13 Noyabr 2018
12 Noyabr 2018
Bakıda dəhşətli qətl - bacısının sevgilisinin şah damarını kəsdi...
KRİMİNAL 22:13 / 08.11.2018

Bakıda dəhşətli qətl hadisəsi törədilib.

Unikal.org  xəbər verir ki, 32 yaşlı kişi iş başında amansızlıqla öldürülüb. Hadisə Sabunçu rayonu Zabrat qəsəbəsində baş verib. Həmin qəsəbədə yaşayan Murad Quliyev bacısı oğlu ilə birgə icarəyə götürüb işlətdiyi moykada qətlə yetirilib. Onu qəbələdən olan Elvin adlı şəxs öldürüb.

Elvindünən günorta saatlarında Muradın işlətdiyi moykaya gəlib və əlində olan bıçaqla onun boyun hissəsindən şah damarını kəsib. Murad Quliyev elə hadisə yerindəcə dünyasını dəyişib. Məlumata görə, qətl hadisəsi namus üstündə törədilib.

Hadisəni törədən Elvin adlı şəxsin bacısı ilə qətlə yetirilən Murad Quliyevin qeyri-rəsmi münasibəti olub. Qətl də məhz bu səbəbdən törədilib.(xezerxeber.az)